Avropada orta illik əməkhaqqı: Kim daha yaxşı yaşayır | Statistika

      Avropada orta illik əməkhaqqı:    Kim daha yaxşı yaşayır    | Statistika
  08 Dekabr 2023    Oxunub:4239
Avropanın şimalı və qərbi bir qədər zəngin, cənubu və şərqi bir az daha kasıbdır. Skandinaviyada əməkhaqqı göstəriciləri Avropanın digər bölgələrilə müqayisədə ənənəvi olaraq yüksəkdir.
İspaniya sakini ildə 63 min avrodan çox qazanmır. Baltikyanı ölkələrin sakinlərinin maaşları 2-3 dəfə az olsa da, onlar 18-21 min avro ilə Polşanı, hətta Yunanıstanı qabaqlayırlar.

Aİ daxilində əsas əmək miqrasiyası Şərqi Avropa ölkələri sakinlərinin Almaniya, Fransa, İspaniya və Avstriyaya hərəkəti ilə bağlıdır. Bununla belə, unutmayaq ki, bir çox ekspertlər Polşa və Rumıniya iqtisadiyyatlarındakı artımı son dərəcə müsbət qiymətləndirirlər.

Digər tendensiya ondan ibarətdir ki, ölkə nə qədər kiçik olsa, sakinləri bir o qədər yaxşı yaşayırlar. Belçikada maaşlar çox yaxşıdır (ildə 48 min avro). İrlandlar da bir çox qonşularını qabaqlayırlar (ildə 50 min avro). Lakin 72 min avrodan yuxarı orta əmək haqqı əhalisi 650 min nəfərdən az olan kiçik Lüksemburqdadır. Bu, Avropanın ən kiçik, eyni zamanda ən zəngin ölkələrindən biridir.

Samir Quliyev
AzVision.az



Teqlər: Avropa   İqtisadiyyat  





Xəbər lenti